"Yaşıl koridor"a mane olan SƏBƏBLƏR - Rusiya ilə güzəştli gömrük şərtləri niyə alınmır?

Hazırda oxunan: "Yaşıl koridor"a mane olan SƏBƏBLƏR - Rusiya ilə güzəştli gömrük şərtləri niyə alınmır?

65650

“Bu ilk belə açıqlama deyil. Bəlkə də, son 10 ildə 5 dəfə belə bəyanatlar səsləndirilib ki, yaşıl koridorlar yaradılır, amma hələ də nəticə hasil olunmayıb. Hər iki tərəfdə maraqlı qüvvələr var ki, yaşıl koridorun tam qüvvəsi ilə işləməsinə maneələr yaradırlar. Ona görə də, hansı formada işlək olması sual altındadır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Belə ki, Azərbaycan və Rusiya arasında yaşıl gömrük koridorunun yaradılacağı ilə bağlı bəyanatı şərh edən ekspert qeyd edib ki, hal-hazırda Rusiya bir sıra məhsulların ixracına qadağalar qoyub:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan gübrə və ərzaq buğdasının ixracına QADAĞA – Azərbaycanın çıxış yolu varmı?  


“Belə olan halda, yaşıl koridorun olmasının nə əhəmiyyəti olacaq? Əgər siz oradan bitki yağları, tikinti materialları, buğda, un, un məmulatları, şəkər kimi məmulatları gətirmək mümkün olmayacaq. Ona görə yox ki, Rusiyaya sanksiyalar tətbiq olunur, çünki hökumət ən azı sentyabra qədər bu məhsulların ölkədən çıxışına qadağa qoyub. Azərbaycan da əsasən bu məhsulları idxal etdiyi üçün hansısa bir yaşıl koridorun olub-olmamamsının ciddi bir əhəmiyyəti olmayacaq”.

Natiq Cəfərlinin sözlərinə görə, problemlər Azərbaycandan Rusiyaya ixracda da mövcuddur:

“Ola bilər ki, yaşıl koridorun bizim ixracatçılar üçün pozitiv təsiri olsun. Amma burada da problemlər var. Çünki biz Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları ixrac edirik və indi həmin mallar qiymət qoymaq mümkün deyil. Rubl o qədər oynaqdır ki, fermerlər öz məhsullarını bu valyuta ilə hansı qiymətə satacaqlarını müəyyənləşdirə bilmirlər. Çünki bu gün satdıqları qiymət, sabah topdan satış qiymətlərindən də ucuz olur. Rubl sabitləşməyənə, Rusiyada dollara çıxış imkanı yaradılmayana qədər bizim ixracatda da axsamalar olacaq. 

Məlum olduğu kimi, Rusiyada dollar satışına rəsmən qadağa qoyulub və valyutadəyişmə yalnız qara bazarlarda reallaşır.

Məsələn, Azərbaycandan Rusiyaya ötən il ən çox ixrac olunan məhsul pomidor olub.

Pomidorun bir kiloqramı üçün qiymət isə 1,18-1,19 dollar civarında idi. İndiki situasiyada 1,19 dollar qara bazarda 200 rublu ötüb. İndi Azərbaycan fermeri məhsulunu neçəyə aparıb satmalıdır ki, onu valyutaaya çevirə bilsin”.

Natiq Cəfərli əlavə edib ki, ümumilikdə ticarət dövriyyəsinə təsir nöqteyi nəzərindən yaşıl koridorların yaradılması müsbət addım olsa da, indiki situasiyada bunun ciddi bir əhəmiyyətinin olacağı gözlənilmir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO