Rusiyadan gübrə və ərzaq buğdasının ixracına QADAĞA – Azərbaycanın çıxış yolu varmı?  

Rusiyadan gübrə və ərzaq buğdasının ixracına QADAĞA – Azərbaycanın çıxış yolu varmı?  

Hazırda oxunan: Rusiyadan gübrə və ərzaq buğdasının ixracına QADAĞA – Azərbaycanın çıxış yolu varmı?  

65538

2019-cu ildə ən çox gübrə ixrac edən ölkələr Rusiya, Çin, Kanada, ABŞ və Belarusiya olub. 2020-ci ildə isə Rusiya təqribən 7 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı gübrələrinin ixracatçısı kimi birinciliyini qoruyub. Bu siyahıda onu Çin və Kanada izləyib.

Bu baxımdan Rusiyanın Ukrayna ilə olan müharibə şəraiti və sanksiyalar onu deməyə əsas verir ki, bir sıra dünya ölkələrinin kənd təsərrüfatı və aqrar sənayesi təhlükə altındadır. 

Bəs Azərbaycanın kənd təsərrüfatı mövcud vəziyyətdən sığortalanıbmı?

İqtisadçı-ekspert Akif Nəsirlinin Bizim.Media-a verdiyi məlumata əsasən, Rusiya-Ukrayna müharibəsinin Azərbaycan kənd təsərrüfatına mənfi təsirləri olacaq:

“Sözügedən müharibə Rusiyanın bütün sahələr üzrə ixracatını iflic vəziyyətə salıb. Qardaş ölkələr belə hesablaşmalarda çətinlik çəkirlər. İdxal-ixrac əməliyyatlarının qiymətləndirilməsində problem yaranıb. Elə ölkələr var ki, ixracata sanksiya qoyduğu üçün əziyyət çəkir. Azərbaycanın özü də mineral gübarələrin əksəriyyətini Rusiyadan idxal edir”.

Akif Nəsirli qarşıdakı günlərdə bizi ciddi problemlərin gözlədiyini qeyd edib:

“Birincisi, Azərbaycan da tətbiq olunan sanksiyaların əhatə dairəsinə düşə bilər. Yəni, Rusiyadan mal idxal etmək qadağası ilə üzləşə bilər. Digər tərəfdən, Rusiyanın elə məhsulları var ki, müəyyən avadanlıqlar, gübrələrin ixracatını özü məhdudlaşdırıb. Rusiyanın idxalında ciddi problemlər yaranır və onları aradan qaldırmaq üçün Rusiya çalışır ki, beynəlxalq bazara deyil, yalnız öz daxili bazarına işləsin”.

Ekspert Azərbaycanın ən çox zərər çəkdiyi sahənin ərzaq budağısı olduğunu vurğulayıb.

“Çünki sentyabr ayına qədər Rusiya ərzaq buğdasının ixracatına qadağa qoyub. Ola bilsin ki, ixracatın müddəti uzadılsın. Azərbaycan isə 2020-ci ildə 82% idxal taxılını Rusiyadan alıb. 2021-ci ildə isə bu rəqəm, xoşbəxtlikdən 60-70%-ə enib”.

Növbəti məhsul ilində Azərbaycanın Rusiyadan idxalı tamamilə dayandırmaq məcburiyyətində qalacağını deyən iqtisadçı başqa mənbələr tapmağı, ya da yerli potensialı aktivləşdirməyi tövsiyə edib.

Akif Nəsirli istehsalı mümkün olan məhsulların ölkədaxili istehsalatından da danışıb:

“Azərbaycan gübrə istehsalını xammal idxal etməklə ölkədaxilində istehsal edə bilir. Necə ki, Azərbaycan ammonium şorasını dünya ölkələrinə satır, eləcə də mineral gübrə istehsalına da başlaya bilər”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO