İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı var

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı var

Hazırda oxunan: İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı var
647771
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində məlumat verib.

Qəza vilayətin Dəşt-Abbas–Mormuri avtomobil yolunda qeydə alınıb. Yaralanan 19 nəfər təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan əraziyə cəlb olunan xilasedicilərin məlumatı əsasında qurbanların sayı yenilənib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO