Yeni baş məşqçinin transfer hədəfi bilindi

Yeni baş məşqçinin transfer hədəfi bilindi

Hazırda oxunan: Yeni baş məşqçinin transfer hədəfi bilindi
647759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mançester Yunayted” “Komo”nun yarımmüdafiəçisi Niko Pası transfer etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, baş məşqçi Maurisio Poçettino argentinalı futbolçunu transfer siyahısında ilk sıraya daxil edib. Bu barədə “Indykaila News” məlumat yayıb.

Argentinalı mütəxəssis 22 yaşlı futbolçunun növbəti mövsüm başlamazdan əvvəl transferini hədəfləyir. Pasın keçidi komandanın yenidən qurulmasında əsas addımlardan biri hesab olunur.

Klub rəhbərliyinin də bu transferi reallaşdırmaq üçün kifayət qədər maliyyə imkanına malik olduğu bildirilir.

Qeyd edək ki, Niko Pas cari mövsüm bütün turnirlərdə 14 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 80 milyon avro qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO