İran qəzeti Xameneyinin səssizliyinə haqq qazandırmağa çalışır – VİDEO

İran qəzeti Xameneyinin səssizliyinə haqq qazandırmağa çalışır – VİDEO

Hazırda oxunan: İran qəzeti Xameneyinin səssizliyinə haqq qazandırmağa çalışır – VİDEO
629264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tehran Bələdiyyəsinin “Həmşəhri” qəzeti ölkənin ali rəhbəri Müctəba Xameneiyə aid səs yazılarının niyə yayımlanmadığı ilə bağlı təhlükəsizlik yönümlü izah təqdim edib.

Bizim.Media xəbər verir ki, qəzet materialında Müctəba Xameneyini “İnqilabın üçüncü lideri” kimi təqdim edərək bildirib ki, müasir səs analizi texnologiyaları bir audio fayldan çəkiliş yeri və vaxtı, istifadə olunan avadanlıq, eləcə də danışanın bəzi xüsusiyyətləri barədə məlumat əldə etməyə imkan verir.

Üç dəqiqəlik videoda iddia olunur ki, səs yazısının paylaşılması təhlükəsizlik riski yarada bilər.

Bildirilir ki, otaqdakı əks-səda qapalı məkanın ölçülərini, elektrik şəbəkəsinin tezliyindəki dəyişikliklər yazının qeydə alındığı vaxtı və şəbəkəni, kondisioner və havalandırma sisteminin səsləri isə coğrafi məkanı müəyyən etməyə kömək edə bilər.

Videoda qeyd olunur ki, istifadə olunan mikrofonun səsdə yaratdığı fərqli xüsusiyyətlər cihazın “barmaq izi” kimi çıxış edə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO