İstanbulun Arnavutköy rayonunda sosial şəbəkələrdə “Kelebek Sarsılmaz” adı ilə tanınan Hülya Sönmez yol hərəkəti zamanı başqa bir qadın sürücü ilə mübahisə edib.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, mübahisənin gərginləşməsi nəticəsində Sönmezin avtomobildən düşərək qarşı tərəfə fiziki hücum etdiyi, qadın sürücüyə baş zərbəsi endirdiyi anlar müşahidə kameralarına düşüb.
Hadisədən sonra zərərçəkən qadın polisə müraciət edib. Görüntüləri araşdıran Arnavutköy Rayon Polis İdarəsinin Yol Polisi əməkdaşları hadisə ilə bağlı araşdırma aparıb.
Nəticədə Hülya Sönmezə 180 min TL məbləğində cərimə tətbiq edilib, sürücülük vəsiqəsi 60 gün müddətinə əlindən alınıb, idarə etdiyi avtomobil isə müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Region
12:33 / 16.05.2026
Tanınmış bloger qadın sürücüyə kəllə atdı – ANBAAN VİDEO
Hazırda oxunan: Tanınmış bloger qadın sürücüyə kəllə atdı – ANBAAN VİDEO
Hazırda oxunan: Tanınmış bloger qadın sürücüyə kəllə atdı – ANBAAN VİDEO
613482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































