Keçmiş qayınatasını güllələdi: 24 dəfə atəş açıb - VİDEO

Keçmiş qayınatasını güllələdi: 24 dəfə atəş açıb - VİDEO

Hazırda oxunan: Keçmiş qayınatasını güllələdi: 24 dəfə atəş açıb - VİDEO

607061

Türkiyənin Aksaray vilayətində Bülent O. keçmiş qayınatası və eyni zamanda dayısı olan İsmayıl Okun evinin qapısına 24 dəfə atəş açıb.

Bizim.Media xəbər verir ki, qapını deşən güllələrdən biri İsmayıl Okun başına dəyib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Bülent O. polis tərəfindən saxlanılıb.

Bildirilir ki, olay gecə saat 01:00 radələrində Hacılar Harmanı məhəlləsində yerləşən fərdi yaşayış evində baş verib. İddiaya əsasən, 12 il əvvəl həyat yoldaşından boşanan, 3 uşaq atası olan Bülent O. spirtli içki qəbul etdikdən sonra bibisi Kadriyə Oka zəng edərək dayısı İsmayıl Oku öldürəcəyini bildirib.
 

Bundan sonra Kadriyə Ok qardaşı İsmayıl Oka zəng vuraraq onu xəbərdar edib və evdən çıxmamasını deyib. Telefon zəngindən sonra yuxudan oyanan İsmayıl Ok yataq otağından çıxaraq dəhlizə gəlib.


Bu zaman evə gələn Bülent O. bağlı qapıya 24 dəfə atəş açıb. Güllələrdən biri İsmayıl Okun başına dəyib və o, qan içində yerə yıxılıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılsa da, orada vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO