Ukraynalı əsgər yoldaşlarını belə güllələdi – ANBAAN GÖRÜNTÜLƏR - YENİLƏNİB - 18+

Hazırda oxunan: Ukraynalı əsgər yoldaşlarını belə güllələdi – ANBAAN GÖRÜNTÜLƏR - YENİLƏNİB - 18+

57338

Bu gün Ukraynada həmkarlarının əsgər Artemi Ryabçuk tərəfindən güllələnməsinin görüntüləri yayılıb.

Bizim.Media həmin videonu sizə təqdim edir:


***

Ukraynanın Dnepr şəhərində çağırışçı AK-47 avtomatı ilə həmkarlarını güllələyib. 

Bizim.Media “unian.net” saytına istinadən xəbər verir ki, 20 yaşlı gənc qarovul otağında olan 22 nəfərə atəş açıb. 

Nəşrin məlumatına görə, yanvarın 27-də saat 3:50 radələrində çağırışçı avtomat və 7 minə yaxın patronu götürüb və həmkarlarına atəş açmağa başlayıb. Bütün bunlar qarovul otağında qeydə alınıb. İki nəfər küçəyə qaça bilib, həkim və polisə müraciət edib. Hadisə Cənub Maşınqayırma Zavodunun ərazisində baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Donbassdakı GENERAL: “Ukraynalılar rusları yalın əlləri ilə parçalaya bilərlər”


Ukrayna Daxili İşlər Nazirliyi Dneprdə əsgərləri güllələyən çağırışçının fotosunu nümayiş etdirib. 

“Ukrayna Milli Qvardiyasının hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü çağırışçı Ryabçuk Artemi Yuryeviç naməlum səbəbdən “Kalaşnikov” avtomatından atəş açıb, bundan sonra o, silahı da götürərək qaçıb. Nəticədə 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.

Şəhərdə polisin “Siren” əməliyyatı tətbiq edilib. Milli Polis və Milli Qvardiyanın bölmələrinin şəxsi heyəti xəbərdarlıq edilib. Milli Qvardiyanın komandiri, general-polkovnik Nikolay Balan təcili olaraq hadisə yerinə yola düşüb.

Əsgərin atəşi niyə açdığı və harada olduğu hələlik məlum deyil.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO