ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana getdi - SƏBƏB

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana getdi - SƏBƏB

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana getdi - SƏBƏB
44648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ermənistana gedib. 

Bu barədə Bizim.Media-ya ABŞ səfirliyindən məlumat verilib. 

Bildirilib ki, səfir İrəvanda keçirilən Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak edib. 

Qeyd olunub ki, Litzenbergerlə yanaşı ABŞ-ın səfirləri Treysi, Dengan, Dövlət Katibinin müavini Olson, Qafqazda danışıqlar üzrə müşavir Andryu Şofer və USAID təşkilatının administratorunun köməkçisinin müavini Aleksadr Sokolovski ABŞ-ın İrəvandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak ediblər. 
 

"COVID-19 pandemiyası səbəbindən biz keçən il bu tədbiri həyata keçirə bilməmişdik. Bu il ənənəvi olan görüşü keçirməkdən və həm bölgədə çalışan, həm də Vaşinqtondan gələn həmkarlarımız arasında fikir müdadiləsini təşkil etməkdən məmnunuq.  


Pandemiyadan öncə ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi ediblər.  

Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30-cu ildönümünə yaxın olan zamanda regionun daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq", - məlumatda qeyd olunub. 

Bizim.Media


ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana getdi - SƏBƏB - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO