Rusiyada vətəndaşların başına çip qoyulacaq – Putin sənədi təsdiqləyib 

Rusiyada vətəndaşların başına çip qoyulacaq – Putin sənədi təsdiqləyib 

Hazırda oxunan: Rusiyada vətəndaşların başına çip qoyulacaq – Putin sənədi təsdiqləyib 

25892

Rusiya hökuməti 2029-cu ilədək 54 milyard rubl tələb edəcək yeni "Beyin, Sağlamlıq, Zəka, İnnovasiya" federal proqramı hazırlayır.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “kommersant.ru” saytında yer alıb. 
Mənbə yazır ki, proqram xarici cihazlardan məlumatların birbaşa ötürülməsi üçün insan beyninə mikro kompüterlərin (çip) yerləşdirilməsinə imkan verən "beyin-kompüter" texnologiyalarının inkişafına yönəldilib. 

Ayrıca qərar qəbul etməyə kömək edən nəqliyyat vasitələrini və kompüterləri uzaqdan idarə etmək üçün insanların avatarları da yaradılacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Regional silahlı qarşıdurmalar dayanmır”


Mütəxəssislər qeyd edirlər ki, Rusiya Federasiyası bu istiqamətdə müəyyən elmi üstünlüklərə malikdir, lakin ciddi şəkildə maliyyələşdirilmir. 

Təhsil və Elm Nazirliyinə yaxın mənbə proqramın hazırlığı üçün işçi qrupunun yaradıldığını bildirib. 

Sənəd Rusiya Elmlər Akademiyası tərəfindən Moskva Dövlət Universiteti ilə birlikdə hazırlanıb və Vladimir Putin tərəfindən mart ayında təsdiqlənib. 

Vladimir Putin bu işi Baş nazir Mixail Mişustinə və prezident administrasiyasının rəhbəri Anton Vaynoya həvalə edib. 

Proqramın dəyəri 54 milyard rubl olaraq qiymətləndirilir, bunun üçün "Elm", "Demoqrafiya", "Səhiyyə", "Əmək məhsuldarlığı və məşğulluğa dəstək" və "Rəqəmsal iqtisadiyyat" milli layihələrindən vəsait ayrılması planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO