Sülhməramlılara görə erməni meyitlərinin axtarışı dayandırıldı - SON DƏQİQƏ

Hazırda oxunan: Sülhməramlılara görə erməni meyitlərinin axtarışı dayandırıldı - SON DƏQİQƏ

19244

“Sülhməramlıların minaya düşərək yaralanması səbəbindən Qarabağda erməni hərbçilərinin  qalıqlarının axtarışı dayandırılıb”.

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə separatçı rejimin “Daxili İşlər Nazirliyi Təcili Xidmətinin “mətbuat katibi”” Hunan Tadevosyan məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan yeni rəqəmlər ortaya qoydu - 3330 erməni hərbçisi öldürülüb


​​​​​​​O bildirib ki, axtarış Füzuli rayonunda aparılmalı idi. Tadevosyanın sözlərinə görə, aprelin 28-də yenidən meyitlərin axtarışına başlanılacaq.

Qeyd edək ki, aprelin 25-də Qarabağda rus hərbçilərini daşıyan yük maşını ermənilərin iğaldan azad edilən ərazilərdə basdırdığı minaya düşüb. Partlayış nəticəsində iki rus hərbçisi yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO