İrəvanda “KamAZ” etirazçıların üzərinə sürülüb, insident yaşanıb - VİDEO 

İrəvanda “KamAZ” etirazçıların üzərinə sürülüb, insident yaşanıb - VİDEO 

Hazırda oxunan: İrəvanda “KamAZ” etirazçıların üzərinə sürülüb, insident yaşanıb - VİDEO 

191285

İrəvanda naməlum sürücü “KamAZ” markalı yük maşınını anidən Respublika meydanında etirazçıların üzərinə sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.

Ərazidə olan polis əməkdaşları dərhal sürücünü təqib ediblər. Polis yük maşını sürücüsünü avtomobildən düşürməyə çalışsa da, buna nail ola bilməyib. Sürücü ərazidən uzaqlaşıb.

Nümayişçilər avtomobilə yol açmağa müvəffəq olublar. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda meydanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı yürüyüş təşkil edən "Vətən naminə Tavuş" hərəkatının iştirakçıları və onların tərəfdarları aksiya keçirirlər. Etirazlarda əsasən Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO