“Böyük Ermənistan”dan danışsaq, bizi xəritədən silərlər – Erməni politoloq

Hazırda oxunan: “Böyük Ermənistan”dan danışsaq, bizi xəritədən silərlər – Erməni politoloq

186961

“Dənizdən-dənizə Ermənistan”la bağlı danışmaq indiki real Ermənistanın məhv edilməsindən danışmaq deməkdir. Bu, ən azı Türkiyənin, Azərbaycanın, qismən Gürcüstanın, qismən də İranın ərazi bütövlüyünü şübhə altına almaq deməkdir. Yəni bütün qonşu ölkələrə müharibə elan edəcəyik. Sizi inandırıram, Ermənistanı siyasi xəritədən tamamilə silmək, məhv etmək üçün opponentlərimizə məhz bu çıxış lazımdır”.

Bizim.Media xəbər verir ki, bu barədə politoloq Edqar Arakelyan Ermənistan KİV-nə müsahibəsində bildirib.

“Çünki bu gün Ermənistan əhalisinin əhəmiyyətli hissəsinin şəcərəsi Ermənistanın indiki ərazisinə daxil olmayan ərazilərdən gəlir. Məsələn, əcdadlarım Ermənistana Muşdan, Alaşkertdən (Türkiyə - red .) köçüblər, bura həm də mənim tarixi vətənimdir, lakin biz bu mövzulardan dövlət səviyyəsində danışanda, qonşu dövlətlərə meydan oxuduğumuz anlamına gəlir. Onlar Ermənistandan qat-qat güclü dövlətlərdir və çağırışları qəbul edib müvafiq addımlar ata bilirlər ki, bu da bizim maraqlarımıza uyğun deyil.

Qəribə fikir var ki, Şimalın (Rusiya red.) köməyi ilə biz tarixi Ermənistan arzusunu həyata keçirə bilərik və tarix bizə göstərdi ki, bu faciəyə səbəb olur. Onların indiki Ermənistanı 25 il idarə etmək imkanı var idi, kilsənin səssiz razılığı ilə Ermənistanı sıxışdırıb, talan etdilər. Onlar hələ də Ermənistanın təkərini bu istiqamətə çevirməyə çalışırlar, amma əminəm ki, buna nail olmayacaqlar”, – Arakelyan deyir.
Arakelyan hesab edir ki, “çox vaxt erməni kilsəsinin bəyanatları şimaldan gələn “təlimatlar”la üst-üstə düşür və parlament müxalifətinin dediklərinə uyğun gəlir. Bu da onların kimə işlədiyi, kimin maraqlarına xidmət etdiyi və kimin xeyrinə olduğuna şübhələr yaradır.

Onlar necə təsəvvür edirlər ki, biz İrana, Türkiyəyə, Gürcüstana, Azərbaycana müharibə elan etməliyik? Təəssüf ki, bizim kilsə dini həyatdan ayrılaraq, aktiv siyasətlə məşğuldur, halbuki indiki kilsə hakimiyyətinin fəal səyləri sayəsində Ermənistanda son 20 ildə mənəvi həyat böhran içindədir”, - politoloq bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO