Gürcüstanda “xarici agentlər” haqqında qanuna görə etirazlar BAŞLADI - VİDEO 

Hazırda oxunan: Gürcüstanda “xarici agentlər” haqqında qanuna görə etirazlar BAŞLADI - VİDEO 

186456

Tbilisidə “xarici agentlər” haqqında qanun layihəsinə qarşı kütləvi nümayiş keçirilir.

Bizim.Media xəbər verir ki, bir qrup etirazçı ölkə Parlamentinin binası qarşısına toplaşaraq şüarlar səsləndirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin növbəti QURBANI – Gürcüstanda etirazlar niyə ALOVLANDIRILIR?


Belə ki, etirazçılar Rusiya qanununun analoqu olan “xarici agentlər” haqqında qanun layihəsinin parlamentə təqdim edilməsinə qarşıdırlar. 

Aksiya “Avropaya “hə”, Rusiya qanunlarına isə “yox”” adı altında təşkil edilib.

Qeyd edək ki, Gürcüstan hakimiyyətinin qalmaqallı qanun layihəsinin müzakirəsinə qayıtmaq niyyəti 2024-cü il aprelin 3-də məlum olub. Daha əvvəl qanun layihəsi etirazlar və ictimai təzyiqlərdən sonra geri götürülmüşdü.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO