2024-cü ildə Ermənistanda iqtisadi yavaşlama olacaq

2024-cü ildə Ermənistanda iqtisadi yavaşlama olacaq

Hazırda oxunan: 2024-cü ildə Ermənistanda iqtisadi yavaşlama olacaq

172059

“2024-cü ildə bizdə iqtisadi artımda müəyyən yavaşlama olacaq, iqtisadi artımın 6% civarında olacağını gözləyirik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının sədr müavini Armen Nurbekyan bildirib. 

Onun sözlərinə görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, 2023-cü ildə isə 8 faizə yaxın olub. 

İnflyasiyaya gəlincə, Armen Nurbekyan bildirib ki, iki əsas ssenari mövcuddur: 

“Birinci ssenari ondan ibarətdir ki, inflyasiya mühiti yumşaq olaraq qalacaq və bu, əmək bazarında təzyiqlərin azaldılması ilə bağlı olacaq. 

Amma başqa ssenari də var ki, ona görə inflyasiya gözləntiləri müəyyən qədər qalacaq, çünki bizdə maaş artımı 10%-dən yuxarıdır, bu, yüksək rəqəmdir, digər tərəfdən, xidmət sektorunda yüksək inflyasiya var. İnflyasiya gözləntiləri ilə bağlı son sorğulara baxdığımızda qeyri-müəyyənliklər artdıqca hər iki ssenarinin də reallaşdığı görünür”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO