İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir? – 2 övladı qaldı... 

İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir? – 2 övladı qaldı... 

Hazırda oxunan: İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir? – 2 övladı qaldı... 
116927
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 43 yaşlı Əsgərov Orxan Rizvan oğlunun rütbəsi baş leytenant olub.

Şəhidin 2 övladı, bir oğlu və bir qızı var idi. 

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - VİDEO


Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO