Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Hazırda oxunan: Bu rayonlarda qaz olmayacaq

95201

Sabah dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex”, “Balakən” QPS-lərdən və “Şəki Kərpic zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO