Nazirlər Kabinetindən Baku Medical Plaza ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən Baku Medical Plaza ilə bağlı QƏRAR

Hazırda oxunan: Nazirlər Kabinetindən Baku Medical Plaza ilə bağlı QƏRAR

635731

Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Baku Medical Plazaya kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib.

Eyni zamanda “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.
 

Baku Medical Plazaya kök hüceyrələrinin götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.


Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 20 iyul 2026-cı il tarixli qərarı ilə Respublika Diaqnostika Mərkəzinə transplantasiyası, götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO