İnfantino qalmaqalı böyüyür: 100 mindən çox insan araşdırma tələb etdi

İnfantino qalmaqalı böyüyür: 100 mindən çox insan araşdırma tələb etdi

Hazırda oxunan: İnfantino qalmaqalı böyüyür: 100 mindən çox insan araşdırma tələb etdi

635756

100 mindən çox insan “FairSquare” hüquq müdafiə təşkilatının kollektiv şikayətinə qoşularaq Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun fəaliyyətinin təşkilatın Etika Komitəsi tərəfindən araşdırılmasını tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” FİFA-ya göndərilən məktuba istinadən yazır.

Sənəddə müəlliflərin fikrincə, İnfantinonun FİFA qaydalarını pozduğu, o cümlədən səlahiyyətlərindən sui-istifadə etdiyi səkkiz epizod sadalanır.

"100 min insanın bu məsuliyyət çağırışına qoşulması ictimaiyyətin artan narahatlığını açıq şəkildə göstərir. Etika Komitəsi nəinki hərəkətə keçməli, həm də bunu tez, şəffaf və hərtərəfli etməlidir", - deyə nəşr bildirib.

İnfantino ətrafında qalmaqal 2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra onun bəzi hüquqların üçüncü tərəf investorlarına satılması planlarından danışması ilə başlayıb. Bu açıqlama futbol ictimaiyyətində mənfi reaksiyaya və 2030-cu il dünya çempionatını boykot etmək təhdidlərinə səbəb olub.
 

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC), eləcə də Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) İnfantinonu hüquqların satılmasını nəzərdə tutan FIFA Forward Enterprise layihəsi ilə bağlı onları aldatmaqda ittiham edib.


Yaranan tənqid və narazılıq dalğasından sonra FİFA bu ideyadan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO