Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto

Hazırda oxunan: Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto
635706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyef oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Anews.az saytı məlumat yayıb.

Bildirilib ki, vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib. Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir.
 

Hadisəni törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.


Qeyd edək ki, Nəcəf Nəcəfov 80-90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub. Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib.

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.


Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto - foto 1
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto - foto 2
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO