90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? - VİDEO

90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? - VİDEO

Hazırda oxunan: 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? - VİDEO

635721

Vətəndaş 2013-cü ildə bank olmayan kredit təşkilatından 90 min ABŞ dolları məbləğində kredit götürüb.

Şikayətçi Elmin Fərzəliyevin Baku TV-yə sözlərinə görə, 13 il ərzində təşkilata ümumilikdə təxminən 197 min dollar ödəniş edib.

Bizim.Media xəbər verir ki, buna baxmayaraq, hazırda borcu 218 916 dollar göstərilir.
 

Vətəndaş qeyd edib ki, sonradan onun adına 75 min və 50 min dollarlıq əlavə kredit məbləğləri yazılıb. O, həmin kreditlərlə bağlı kassa mədaxil və məxaric orderlərinin olmadığını, sənədlərin isə təqdim edilmədiyini bildirir.


Şikayətçi həmçinin qeyd edir ki, kreditlə bağlı ödənişlərinə baxmayaraq borc silinməyib, əksinə, daha da şişirdilib. Məsələ ilə bağlı daha bir mübahisə girov qoyulmuş əmlakla bağlıdır.

Vətəndaşın sözlərinə görə, ona məxsus kafe icra prosesi çərçivəsində əlindən çıxıb. Qarşı tərəf isə bildirir ki, əmlakın satılması məhkəmə qətnaməsi əsasında həyata keçirilib.

Qeyd olunur ki, kredit müqaviləsi üzrə borc məbləği məhkəmə tərəfindən müəyyən edilib və qərar qanuni qüvvəyə minib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO