7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

Hazırda oxunan: 7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

635696

"Miss Avstriya" titulunun hazırkı sahibi Lüsi Sisic faciəvi şəkildə həlak olub. Onun cəmi 22 yaşı var idi.

Bizim.Media  xəbər verir ki, bu barədə "Miss və Mister Avstriya" müsabiqələrini keçirən "Mission Austria" təşkilatı rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir: "Böyük şok və dərin kədərlə "Miss Avstriya - 2024"ün qalibi Lüsi Sisicin vəfat etdiyini öyrəndik".
 

Avstriyanın "Die Presse" qəzetinin məlumatına görə, Sisic hələ də hazırkı gözəllik kraliçası olaraq qalırdı, çünki 2024-cü ildə qələbə qazandıqdan sonra başqa müsabiqələr keçirilməmişdi.


Ölümün rəsmi səbəbi hələ açıqlanmır. Lakin məlumdur ki, Lüsi səhhətindəki problemlər barədə açıq danışırdı: o, ürək qapağının anadangəlmə qüsuru ilə doğulmuşdu və buna görə qısa ömrü ərzində yeddi ağır əməliyyat keçirmişdi.

2024-cü ilin avqust ayında model "Instagram" səhifəsində uşaq kardioloqları komandasına xilaskarlıq fəaliyyətinə görə təşəkkür etdiyi emosional paylaşım etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO