Sentyabrın 10-da bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Sentyabrın 10-da bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Hazırda oxunan: Sentyabrın 10-da bu ərazilərdə işıq olmayacaq – SİYAHI

635785

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 10-da Yasamalda Transformator Məntəqəsində, Ağdaş, Tərtər və Yevlaxda isə 6 və 10 kV-luq hava xətlərində təmir, eləcə də xətlərə toxunan yaşıllıqların budanması işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
 

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nazim Hikmət, Vasif Əliyev, Zaur Kərimov küçələri, eləcə də Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Ləki qəsəbəsi və Qaradağlı kəndinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtər EŞ-nin ərazisində yerləşən Hacıqərvənd kəndini də əhatə edəcək.

Yevlaxın Aşağı Qarxun, Ərəbbəsrə, Meyvəli, Yuxarı Qarxun kəndlərinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO