Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Hazırda oxunan: Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir
635694
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Tarixi Vaşinqton sammitində qəbul edilmiş mesajlar və qərarlar hamıya yaxşı məlumdur". 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində mühüm addımlar atılıb.

"Bunun bariz nümunəsi vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də dövlət rəsmilərinin görüşləridir. Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə də qeyd olunur ki, prosesin başa çatdırılması üçün Ermənistanda yeni Konstitusiya qəbul edilməlidir. Bunun müddəti və vaxtı Ermənistanın daxili prosesidir. Seçkilərdən sonra Ermənistanın baş naziri də Konstitusiya mətninin ilin sonunda ictimaiyyətə təqdim olunacağı ilə bağlı yeni bəyannamələr səsləndirdi", – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi prosesi izləyir, rəsmi Bakının mövqeyi isə dəyişməz olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO