"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?

"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?

Hazırda oxunan: "Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?

635766

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edən şəxslərin sığorta sənədinə imza atdığı da iddia olunur.

Bəs bu hadisəyə görə sahibkarı hansı cəza gözləyir? Texniki nasazlıq və təhlükəsizlik qaydalarının pozulması müəyyən edilərsə, məsuliyyət kimlərin üzərinə düşə bilər?

Bizim.Media xəbər verir ki, vəkil Leyla Salamova mövzu ilə bağlı “oxu.az”a danışıb.
 

O bildirib ki, həmin kanatın texniki vəziyyətinə nəzarət etməli və təhlükəsizlik qaydalarına cavabdeh olan hüquqi şəxsin müvafiq işçisi məsuliyyət daşıyır:


"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya vəzifəsini lazımi qaydada icra etməməsi hüquqi şəxslərin hüquq və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olarsa, cinayət məsuliyyəti yaradır".

Həmin Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əvvəlcədən müəyyən edilə biləcək istənilən nasazlıq vaxtında aşkar edilmədən istismarda saxlanılıbsa, buna qeyd etdiyim kimi, müvafiq təhlükəsizlik qaydalarına texniki nəzarət etməli şəxs məsuliyyət daşıyır. Həmin şəxsin vəzifə təlimatında sözügedən xidməti vəzifələrin yerinə yetirilməsi birbaşa olaraq göstərilib. Sahibkarın müvafiq təlimatda xidməti vəzifəsi nəzərdə tutulmadığı halda burada məsuliyyəti yoxdur. Hadisənin baş verməsi sahibkarın fəaliyyətinin dayandırılmasına birbaşa olaraq qanuni maneə deyil. Texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra isə müəssisə fəaliyyətinə davam edə bilər".

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzində baş verib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO