Messi İspaniya futbol klubunu alır

Messi İspaniya futbol klubunu alır

Hazırda oxunan: Messi İspaniya futbol klubunu alır

635759

“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda (Sequnda) çıxış edən “Eldense” klubunun sahibləri ilə komandanın alınmasının əsas şərtləri barədə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu tərəfdaşlar və kənar investorların iştirakı olmadan klubun 100 faiz səhmlərini almaq niyyətindədir.

Hüquqi yoxlamalar başa çatdıqdan və müqavilənin son detalları razılaşdırıldıqdan sonra sövdələşmə yaxın günlərdə rəsmiləşdirilə bilər. Bundan əlavə, anlaşma İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.
 

“Eldense” mövsümün əvvəlində hələ qələbə qazana bilməyib. Komanda dörd turdan sonra iki xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.


Qeyd edək ki, Messi “İnter Mayami”yə keçməzdən əvvəl Fransanın “Paris Sen-Jermen” və İspaniyanın “Barselona” klublarında çıxış edib. “Barselona” ilə o, dörd dəfə Çempionlar Liqasının, üç dəfə isə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO