"Apple" yeni "iPhone 18 Pro" və "Pro Max"ı təqdim etdi – FOTO/VİDEO

"Apple" yeni "iPhone 18 Pro" və "Pro Max"ı təqdim etdi – FOTO/VİDEO

Hazırda oxunan: "Apple" yeni "iPhone 18 Pro" və "Pro Max"ı təqdim etdi – FOTO/VİDEO

635767

“Apple” şirkəti yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim edib.

Bizim.Media xəbər verir ki, cihazlar dörd rəngdə — ənənəvi gümüşü və qara, həmçinin yeni açıq mavi və tünd albalı rənglərində satışa çıxarılacaq.

Smartfonlarda yeni A20 Pro prosessoru quraşdırılıb. Prosessor altı nüvədən — iki “super nüvə” və dörd “enerjiyə qənaət edən nüvədən” ibarət olacaq.

“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri təkmilləşdirilmiş batareya ilə təchiz edilib. Batareyanın 30 saata qədər enerji saxladığı bildirilir. Cihazlar 0-dan 50 faizə qədər 15 dəqiqəyə şarj ediləcək. Smartfonlarda 48 meqapiksellik kamera da yer alacaq.
 

Təqdimat zamanı bildirilib ki, iOS 27 əməliyyat sistemində Siri “tam funksional süni intellekt köməkçisinə” çevriləcək. Dəstəklənəcək dillər arasında ingilis, fransız, ispan, portuqal, yapon və koreya dilləri var. Funksiya Avropa İttifaqı ölkələrində və Çində əlçatan olmayacaq.


ABŞ-da 256 GB yaddaşa malik “iPhone 18 Pro” 1199 dollar, “iPhone 18 Pro Max” isə 1299 dollar olacaq.

Təqdimat “Apple” şirkətinin yeni rəhbəri Con Ternusun rəhbərliyi ilə keçirilən ilk böyük tədbir olub. Ternus sentyabrın 1-də bu vəzifədə 15 il “Apple”a rəhbərlik edən Tim Kuku əvəz edib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO