Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirildi - FOTO

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirildi - FOTO
635740
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.


Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında keçirilən görüşlərin iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyi qeyd olunub.

Görüşdə "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2027-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı"nın layihəsi müzakirə edilib.

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirildi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO