Tramp: Putin və Zelenski ilə üçtərəfli görüş keçirilə bilər

Tramp: Putin və Zelenski ilə üçtərəfli görüş keçirilə bilər

Hazırda oxunan: Tramp: Putin və Zelenski ilə üçtərəfli görüş keçirilə bilər

635790

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüşün keçirilməsini istisna etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
 

Trampın sözlərinə görə, o, yaxın perspektivdə Putinlə görüşə bilər. Həmçinin Rusiya və Ukrayna prezidentləri ilə üçtərəfli görüşün keçirilməsi də mümkündür.


“Bu, baş verə bilər”, — deyə ABŞ lideri bildirib.

Bundan əlavə, Tramp sentyabrın 8-də Putinlə telefon danışığını “əla” adlandırıb və Rusiya prezidentinin “razılaşma əldə etmək istədiyini” qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO