Serbiya Prezidenti Aleksandar Vuçiç Xalq Skupštinasını (parlamenti) buraxıb və növbədənkənar parlament seçkilərini 2026-cı il oktyabrın 25-nə təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə "N1" nəşri məlumat yayıb.
Vuçiç öz qərarını cəmiyyətdəki gərgin vəziyyət və siyasi fikir ayrılıqları ilə izah edib. Onun sözlərinə görə, seçkilərin daha da təxirə salınması "EXPO" sərgisinin keçirilməsini və ölkədə demokratik institutların sabitliyini təhlükə altına ala bilərdi.
Seçkilərin təyin edilməsi proseduru Serbiyanın baş naziri Curo Matsutun sentyabrın 7-də parlamentin buraxılmasını təklif etməsindən sonra başlayıb. Hökumət bu təklifi bəyənib, bundan sonra prezidentin qərar qəbul etmək üçün 72 saatlıq vaxtı olub.
Xatırladaq ki, Serbiya tələbələri bir ildən artıqdır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Bizim.Media






























































































