Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada kişiləri gənclərin təqlid etməyə başladığı uzun saqqal saxlamağı və qısa şalvarı dəb tendensiyasına çevirməməyə çağırıb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, o, bunu regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi müşavirədə bildirib.
“Bizdə çox uzun saqqal saxlayan kişilər var. Amma onlar cümə namazlarında iştirak etmir, məscidlərə getmir, gecə-gündüz prospektlərdə avaraçılıq edirlər. Onlar uzun saqqalı və şalvarı qısaltmağı anlaşılmaz dəbə çeviriblər, gənc nəsil də onları təqlid edir. Onlara müraciət edirəm: saqqallarınızı qısaldın, dinə uyğun şəkildə saxlayın”, - Kadırov deyib.
Çeçenistan lideri həmçinin bəzi qadınların tamamilə örtünməyə başladığını, bununla da respublikaya xas olmayan geyim tərzini mənimsədiklərini iddia edib:
“Onlara da İslama uyğun geyinməyə, ərəb geyim tərzini təqlid etməməyə çağırış etmək lazımdır. Bizdə heç vaxt çadra geyinilməyib”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:31 / 09.09.2026
Kadırovdan çeçenlərə: “Saqqalı uzatmayın, şalvarı qısaltmayın, çadra geyinməyin”
Hazırda oxunan: Kadırovdan çeçenlərə: “Saqqalı uzatmayın, şalvarı qısaltmayın, çadra geyinməyin”
Hazırda oxunan: Kadırovdan çeçenlərə: “Saqqalı uzatmayın, şalvarı qısaltmayın, çadra geyinməyin”
635733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































