Rusiya və Türkiyə bu sahədə razılığa gəldi – Moskvada NÖVBƏTİ RAUND

Rusiya və Türkiyə bu sahədə razılığa gəldi – Moskvada NÖVBƏTİ RAUND

Hazırda oxunan: Rusiya və Türkiyə bu sahədə razılığa gəldi – Moskvada NÖVBƏTİ RAUND

635726

Rusiya və Türkiyə Cənubi Qafqazda və regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi mexanizmi kimi "3+3" Regional Əməkdaşlıq Platformasının işinin davam etdiriləsində maraqlı olduqlarını vurğulayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

Moskvada sentyabrın 8-9-da Rusiya və Türkiyə Xarici İşlər Nazirlikləri arasında növbəti məsləhətləşmələr raundu keçirilib.

Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Departamentinin direktoru Mehmet Samsar Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb, həmçinin Rusiya XİN-in profilli departamentlərinin rəhbərliyi ilə danışıqlar aparıb.

Tərəflər Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada qarşılıqlı fəaliyyəti və Ukrayna ətrafında vəziyyətin inkişafını müzakirə ediblər.

Məsləhətləşmələr zamanı Rusiya və Türkiyə Mərkəzi Asiyada və Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına səbəb ola biləcək kənar təşəbbüslərin yolverilməz olduğunu qeyd ediblər.

Bu xüsusda Moskva və Ankara Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirən "3+3" Platformasının müntəzəm işinin davam etdiriləsində maraqlı olduqlarını vurğulayıblar.

Tərəflərin fikrincə, bu format "regional məsuliyyət" prinsipi əsasında regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO