Ağdərənin Vəngli qəsəbəsinə doğru yol aldıqca insanı ilk növbədə bu torpağın əzəməti qarşılayır. Dağların qoynunda yerləşən Vəngli sanki təbiətin öz əlləri ilə çəkdiyi canlı bir tabloya bənzəyir. Burada hər yamacın, hər meşənin, hər daşın öz hekayəsi var.
Bu torpağa ayaq basanda ilk diqqətimi çəkən Vənglinin sakitliyi və möhtəşəm təbiəti oldu. Uca dağlar, sıx meşələr, yamaclar boyunca uzanan yaşıllıqlar və təmiz dağ havası insana tamam başqa hisslər yaşadır. Sanki təbiət burada zamanın səsindən uzaq, öz ritmi ilə yaşayır.
Vənglinin gözəlliyi yalnız onun mənzərələrində deyil. Bu yerlərin hər qarışında Qarabağın ruhu duyulur. Dağların əhatəsində yerləşən qəsəbəyə baxdıqca insan anlayır ki, bu torpaqların gözəlliyi illər keçsə də öz sehrini itirməyib.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:
Leyla Vəfadar, Ələkbər Babayev, Bizim.Media































































































