“Uşaqların planşet, telefon və kompüterdən uzun müddət istifadəsi bir sıra onurğa problemlərinə səbəb ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev nazirliyin sosial media hesabındakı canlı yayımda deyib.
Həkimin sözlərinə görə, başın 3-5 dərəcə önə əyilməsi belə onurğaya düşən yükü 25-30 kiloqrama qədər artıra bilər.
"Bu vəziyyət boyun fəqərələrinin düzləşməsinə, xroniki əzələ gərginliyinə, boyun və baş ağrılarına səbəb ola bilər. Uzun müddət önə əyilmiş vəziyyətdə qalmaq isə kifoz və lordoz kimi onurğa problemlərinin yaranmasına və ya mövcud problemin ağırlaşmasına gətirib çıxara bilər".
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 09.09.2026
Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI
Hazırda oxunan: Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI
Hazırda oxunan: Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI
635705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































