19 yaşlı Yamal Mbappenin rekordunu yenilədi

19 yaşlı Yamal Mbappenin rekordunu yenilədi

Hazırda oxunan: 19 yaşlı Yamal Mbappenin rekordunu yenilədi

635791

“Barselona”nın ispaniyalı oyunçusu Lamin Yamal Çempionlar Liqasında qol vurma sayına görə Kilian Mbappenin rekordunu yeniləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yazır.

Turnirin liqa mərhələsində Niderlandın “Feyenoord” klubuna qarşı keçirilən oyunda Yamal bir qol vurub və iki məhsuldar ötürmə edib.

Görüşün 34-cü dəqiqəsində Yamal Rafinya Diasın qoluna ötürmə edib, 52-ci dəqiqədə özü rəqib qapısına yol tapıb, 85-ci dəqiqədə isə Qabriel Jezusun fərqlənməsinə kömək edib.
 

Beləliklə, futbolçunun Çempionlar Liqasındakı hesabında 12 qol və 11 məhsuldar ötürmə olmaqla, ümumilikdə 23 məhsuldar ötürməsi var. Bu göstərici Mbappenin əvvəlki nəticəsindən üç vahid çoxdur. Fransalı futbolçununisə hesabında 20 məhsuldar ötürmə var.


Yamal həmçinin turnir tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olaraq qalır. Bu rekord 4 oktyabr 2023-cü ildə “Portu” ilə oyunda müəyyənləşib. Həmin vaxt Yamal 16 yaş 83 günlük olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO