Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

Hazırda oxunan: Gürcüstandan havaya qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi – VİDEO

635700

Gürcüstanın Batumi şəhərindən havaya qalxan 2 nəfərlik təyyarə Rizenin Pazar rayonu sahillərində dənizə məcburi eniş edib. Təyyarədə olan 2 nəfər xilas edilib.

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.
 

Əldə edilən məlumata görө, Gürcüstanın Batumi şəhərindən havaya qalxan "Aerospool WT-9 Dynamic" tipli iki nəfərlik yüngül idman təyyarəsi bu gün günorta saatlarında Rizenin Pazar rayonunun Melyat məhəlləsi sahillərində dənizə məcburi eniş edib.


Təyyarədə olan 2 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğu deyilir.

Rize Valisi İhsan Selim Baydaş məsələ ilə bağlı açıqlama verib: "Belçika vətəndaşı olan iki kişi Sahil Mühafizə qruplarımız tərəfindən sağ olaraq çıxarılıb, həyati təhlükələri yoxdur. Onlar  təcili tibbi yardım maşını ilə Kaçkar Dövlət Xəstəxanasına aparılıb”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO