ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

Hazırda oxunan: ABŞ-ın borcu açıqlandı - İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədə

635687

ABŞ-ın dövlət borcu həyəcanverici səviyyələrə çatıb.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti tarixən ən yüksək səviyyədədir. Ölkədə dövlət borcunun milli gəlirə nisbəti İkinci Dünya müharibəsindən bəri ilk dəfə 100 faizə çatıb.

İkinci Dünya müharibəsindən dərhal sonra 100 faizi keçən borc nisbəti 1970-ci illərdəki ən aşağı səviyyələrindən sonra sabit bir yüksəliş trendinə girib və 2020-ci illərdə yenidən 100 faiz həddinə çatıb. Belə ki, 1940-cı illərin əvvəllərində təxminən 40 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti 1945-1946-cı illərdə İkinci Dünya müharibəsi xərclərinin təsiri səbəbindən 100 faizdən yuxarı qalxaraq tarixi zirvəsinə çatıb.
 

Müharibədən sonrakı dövrdə sürətli iqtisadi artım və maliyyə intizamı sayəsində borc nisbəti tədricən azalaraq 1970-ci illərin ortalarında 25 faizdən aşağı düşüb. 2008-ci il qlobal maliyyə böhranına qədər 30-40 faiz ətrafında olan bu nisbət, böhrandan sonrakı stimul paketləri ilə sürət qazanıb. Lakin 2020-ci ildə başlayan COVID-19 pandemiyası və genişlənən maliyyə siyasəti nəticəsində borc nisbəti 100 faizə yaxınlaşıb və cari ilin birinci rübündə 100 faizə yaxın səviyyəni qoruyaraq yüksəlməyə davam edib.


ABŞ-ın dövlət borcunun davamlı artması qlobal kapital bazarları və xəzinədarlıq istiqrazlarının gəlirliliyi üzərində əsas təzyiq amili olaraq qalır. Büdcə kəsirləri və artan uzunmüddətli borclanma xərcləri ABŞ hökumətinin borc xidməti xərclərini artırır və bu da qlobal bazarlarda dəyişkənliyə səbəb olur.

Bazarlar ABŞ maliyyə siyasətinin və borc limitinin müzakirələrinin davamlılığını yaxından izləməyə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO