İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

Hazırda oxunan: İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi Naxçıvanda saxlanıldı – SƏBƏB - FOTO

635698

Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
 

Bildirilib ki, “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “don halda bitum” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.


Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd “kərpic” formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO