Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

Hazırda oxunan: Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

635713

“Lənkəranda hazırda 28 mehmanxana və mehmanxana tipli turizm obyekti fəaliyyət göstərir”. 

Bizim.Media xəbər verir ki, bunu Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov Azərbaycan Dövlət Turizm Agentliyinin Lənkəran şəhərinə təşkil olunmuş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

"Bu obyektlərdən 12-si ulduz kateqoriyasına düşür. Onlardan 6-sı artıq ulduz alıb və ilin sonunadək digər 6-sı da ulduz alacaq" - deyə o qeyd edib.

İdarə rəisi Lənkəran rayonunda turist informasiya məntəqəsi yaradıldığını diqqətə çatdırıb:

"Dövlət Turizm Agentliyi tərəfindən turistlərin Lənkəranda informasiya əlçatanlığını əldə etmək üçün turist informasiya məntəqəsi yaradılıb. Bu məntəqə vasitəsilə həftənin bütün günləri və bayram günləri turistlər məlumat əldə edə bilirlər".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO