Bir nəfər üçün olan skuteri iki nəfər istifadə edir. Bəziləri isə yolun əks hərəkət istiqaməti ilə sürür. Piyadaların toplandığı yerdə təhlükəli hərəkətlər edənlər də var.
Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, kobud qayda pozuntusu edən skuter və velosiped idarə edənlərlə bağlı görüntülər yayılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi qayda pozan hərəkət iştirakçılarına müraciət edib. Sürücülər ikitəkərli nəqliyyat vasitələrinin öz zolaqları olsa da əməl edilmədiyini bildirirlər.
Bəs bu şəxslər hansı qaydalara əməl etməlidirlər?
Ətraflı videosüjetdə:
Bizim.Media


































































































