Ermənistan vətəndaşlıqdan imtinanın qiymətini 10 qat qaldırdı: “Bu qədər ödə, çıx get”

Ermənistan vətəndaşlıqdan imtinanın qiymətini 10 qat qaldırdı: “Bu qədər ödə, çıx get”

Hazırda oxunan: Ermənistan vətəndaşlıqdan imtinanın qiymətini 10 qat qaldırdı: “Bu qədər ödə, çıx get”

635789

Ermənistanda vətəndaşlığın alınması və ondan imtina üçün dövlət rüsumlarının kəskin artırılması təklif olunur.

Bizim.Media xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin hazırladığı müvafiq sənəd hüquqi aktlar portalında dərc edilib.
 

Sənədə əsasən, Ermənistan vətəndaşlığının alınması üçün dövlət rüsumunun təxminən 680 dollar müəyyən edilməsi təklif olunur. Bu, hazırkı məbləğdən 5 dəfə çoxdur.


Vətəndaşlıqdan imtina üçün tələb olunan rüsumun isə 10 dəfə artırılaraq 4,1 min dollara çatdırılması nəzərdə tutulur.

Avqust ayında Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan bildirmişdi ki, etnik ermənilər üçün ölkə vətəndaşlığının alınması prosesi həddindən artıq sadələşdirilib və buna yenidən baxılmalıdır. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO