Rusiya və Türkiyə XİN-ləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Rusiya və Türkiyə XİN-ləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Rusiya və Türkiyə XİN-ləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
635737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə və Rusiyanın Xarici İşlər nazirlikləri (XİN) Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada qarşılıqlı fəaliyyətin inkişafını və Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, məsləhətləşmələrdə Türkiyə tərəfindən Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş idarənin rəisi, səfir Mehmet Samsar, Rusiya tərəfindən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak ediblər.


"Mərkəzi Asiya və Cənubi Qafqazda kənar təşəbbüslərin yolverilməz olduğu vurğulanıb.

Bu kontekstdə tərəflər regional məsuliyyət prinsipi əsasında sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün perspektivli mexanizm kimi "3+3" Regional Əməkdaşlıq Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, İran, Türkiyə) ritmik işinin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıblar", - bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO