Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan küsdüyünü bildirib. Aparıcı qeyd edib ki, buna səbəb anasının dünyasını dəyişdiyi vaxt aktrisanın ona başsağlığı verməməsi olub.
Bizim.Media xəbər verir ki, Mehriban Xanlarova Elgizin sözlərinə cavab verib.
Aktrisa deyib ki, aparıcının anasının vəfatından xəbərsiz olub:
“Özünə görə haqqı var. Amma ətrafındakılar zəng edib deyərdi. Heç paltarımı dəyişmədən, ev geyimində qaçıb gedərdim. Elə şeylərə fikir verən insanam. Allah bütün analara rəhmət eləsin. İnanın, bilməmişəm. Elə şey olar ki, bilim və getməyim? Nə olub ki? Tonlarla çörək kəsmişik, çiyin-çiyinə işləmişik. Bu gün bilmişəm ki, Elgizin anası dünyasını dəyişib”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
20:40 / 09.09.2026
Mehriban Xanlarovadan Elgizə cavab – VİDEO
Hazırda oxunan: Mehriban Xanlarovadan Elgizə cavab – VİDEO
Hazırda oxunan: Mehriban Xanlarovadan Elgizə cavab – VİDEO
635753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































