Leyla Əliyeva Madriddə ispanca çıxış etdi – VİDEO

Leyla Əliyeva Madriddə ispanca çıxış etdi – VİDEO

Hazırda oxunan: Leyla Əliyeva Madriddə ispanca çıxış etdi – VİDEO

635786

Xəbər verdiyimiz kimi, Madriddəki Pons Fondunda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, incəsənət nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva ispan dilində çıxış edərək MAMA “Ana təbiət” beynəlxalq layihəsinin əhəmiyyətindən danışıb.
 

Bu sərginin ilk dəfə COP29 çərçivəsində Bakıda nümayiş etdirildiyini xatırladan Leyla Əliyeva deyib ki, ekspozisiya daha sonra dünyanın müxtəlif ölkələrində təşkil olunaraq təbiət, ətraf mühit və ümumi gələcəyimizlə bağlı mühüm mesajı özündə daşıyıb.


“Təbiət bizim anamızdır. O, bizə torpaq, su və hava bəxş edir. Lakin bütün bunlara baxmayaraq, biz insanlar təbiətin bəxş etdiyi bu nemətlərə zərər verməkdə davam edirik. Bu sərgi daha yaxşı gələcəyə doğru atılan növbəti addımdır”, - deyə Fondun vitse-prezidenti əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO