Azərbaycanda qeyri-neft-qaz sənayesi 12 % artıb

Azərbaycanda qeyri-neft-qaz sənayesi 12 % artıb

Hazırda oxunan: Azərbaycanda qeyri-neft-qaz sənayesi 12 % artıb
84226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.

Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,6 %, sənayenin qeyri-neft-qaz sektorunda isə 11,5 % artıb.

Sənaye məhsulunun 75,7 %-i mədənçıxarma, 20,4 %-i emal, 3,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 % olub. Ümumi istehsalın 94,2 %-i sənaye məhsullarının istehsalı, 5,8 %-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO