Hərbçilərin pensiyası təkrar hesablanacaq – YENİ QAYDA 

Hərbçilərin pensiyası təkrar hesablanacaq – YENİ QAYDA 

Hazırda oxunan: Hərbçilərin pensiyası təkrar hesablanacaq – YENİ QAYDA 
59363
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib. 

Bizim.Media APA-ya istinadən məlumatına görə, təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir. 

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçiriləcək. 

Başqa sözlə, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası hesablanması müraciət edildiyi gündən yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçiriləcək və bu halda onların pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmayacaq.

Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə də onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO