Marketlərdəki saxta pendirlərə nə qatırlar?

Marketlərdəki saxta pendirlərə nə qatırlar?

Hazırda oxunan: Marketlərdəki saxta pendirlərə nə qatırlar?
49398
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pendirlər ən çox istifadə etdiyimiz qidalardan biri olsa da, onun necə hazırlanması, hazırlanarkən hansı saxtakarlığa yol verildiyi və keyfiyyətli qidaları necə ayırd edilməsi barədə bir çox insan məlumatszıdır.

Bizim.Media xəbər verir ki, foodinfo.az bunu nəzərə alaraq pendir istehsalçılarının "fırıldaqçılığını” və keyfiyyətli pendiri ayırd etməyin yolunu araşdırıb.

– Bəzi istehsalçılar ağ pendirə ərp vurur. İstehlak müddətini uzatmaq üçün isə nitrat maddəsi qatılır.

– Kiflənən pendiri əridərək krem pendir hazırlayırlar.

– Boyatlaşmış süddən istifadə edərək istehsal xərcini aşağı salmağa çalışırlar.

– Bəzi növ pendirləri ideal rənginə çatdırmaq üçün "kroten” adlı qida boyası istifadə edirlər.

– Soda qatıldığı da söylənilir.

– Jele vurularaq sərtləşdirilir.

– Təbii süd əvəzinə süd tozundan istifadə edilir.

Əlbəttə ki, bunlar insan sağlamlığı üçün təhlükəlidir. Bu saxtakarlıqları hiss edə bilməyəcəyimiz qədər professional şəkildə edirlər.

Odur ki, sağlamlığımızı təhlükəyə atmamaq üçün biz də mümkün olduğu qədər daha çox diqqətli olmalıyıq. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO