Sürücü gömrükçüləri aldatmaq istədi, amma... - FOTO

Sürücü gömrükçüləri aldatmaq istədi, amma... - FOTO

Hazırda oxunan: Sürücü gömrükçüləri aldatmaq istədi, amma... - FOTO
32973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında tibbi ləvazimatların və siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu sual olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrükdən heroin keçirmək istəyən sürücüdən ağılasığmaz dələduzluq - Əməliyyat VİDEOSU 


Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin salonunda, yataq yerinin altında gömrük nəzarətindən gizlədilən 8 ədəd müxtəlif adda olan tibbi ləvazimat, oturacaqların altında isə 600 ədəd "Parliament" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Sürücü gömrükçüləri aldatmaq istədi, amma... - FOTO - foto 1
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO