Mədəniyyət Nazirliyindən Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq

Mədəniyyət Nazirliyindən Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq

Hazırda oxunan: Mədəniyyət Nazirliyindən Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq
649715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar nekroloq yayımlayıb.

Bizim.Media nekroloqu təqdim edir:
 

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino və teatr aktrisası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Şabanova 2026-cı il noyabrın 25-də, 86 yaşında vəfat edib.


Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakı şəhərində anadan olub. 1962-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsindən, 1969-cu ildə isə həmin institutun Rejissorluq fakültəsindən məzun olub. 1962–1997-ci illərdə bu ali təhsil ocağında pedaqoji fəaliyyət göstərib, gənc aktyor nəslinin yetişməsinə töhfə verib.

Uzun illər ərzində Azərbaycan kino sənətində özünəməxsus yaradıcılıq dəst-xətti ilə seçilən aktrisa bir sıra ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb.

Onun xüsusilə "Səhər", "Qəm pəncərəsi", "Təhminə", "Fəryad" və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub.

Sənətkarın radio və televiziya tamaşalarında oynadığı rollar da böyük maraqla qarşılanıb.
Aktrisanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə "Əməkdar artist", 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Allah rəhmət eləsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO