Tələbə qızın etirazı Pezeşkianın çıxışını yarımçıq qoydu - Video

Tələbə qızın etirazı Pezeşkianın çıxışını yarımçıq qoydu - Video

Hazırda oxunan: Tələbə qızın etirazı Pezeşkianın çıxışını yarımçıq qoydu - Video
649716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran Prezidenti Məsud Pezeşkian Məşhəd şəhərindəki Firdovsi Universitetində çıxışı zamanı tələbə qızlardan birinin etirazından sonra nitqini yarımçıq dayandırıb.

Bizim.Media xəbər verir ki, tələbə tədbirin təşkilindən və tələbələrin öz fikirlərini sərbəst ifadə etmək imkanlarının məhdudlaşdırılmasından narazılığını bildirib.

Buna cavab olaraq Pezeşkian tələbədən yerində əyləşməsini istəyib və baş verənlərdən narazılığını ifadə edib.

“Qızım, yerinizdə əyləşin... Elə şərait yaradırlar ki, gələcəkdə belə tədbirlərdə iştirak etməyək. Qarşıda daha bir iclasımız var. Düşünürəm ki, burada çıxışımı davam etdirməyin artıq mənası yoxdur”, – deyə İran Prezidenti bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO